Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 15:56
Bakı. Elçin Mehdiyev - Trend:
Dövlət Gömrük Komitəsi (DGK) ötən il əzində dövlət büdcəsinə köçürdüyü vəsaitin həcmini açıqlayıb.
Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, 2020-ci il ərzində Dövlət Gömrük Komitəsi üçün müəyyənləşdirilən 3 milyard 830 milyon manat proqnoza qarşı 3 milyard 938 milyon 242 min manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Onun sözlərinə görə, büdcə öhdəliyinə 102,83 faiz əməl olunub.