Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 17:50
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub.
AMEA-dan Trend-ə verilən məlumata görə, akademik Y.Mahmudov öz ərizəsi ilə işdən azad edilib. O, AMEA prezidentinin müşaviri təyin edilib.
Bundan başqa, akademik Arif Həşimov Fizika İnstitutunun direktoru, akademik Əli Abbasov isə İdarəetmə Sistemləri İnstitutuna direktor təyin edilib.