Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 18:44
ABŞ ballistik raketlərini vuracağı təqdirdə "Poseydon" pilotsuz sualtı qayığı Rusiyanın sığortası olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Forbes" yazıb.
"Rusiya bu sualtı pilotsuz aparatını (25 metr) nüvə enerjisi ilə silahlanmaya qəbul etməyə ciddi yanaşır", - nəşr qeyd edib.
Məqalə müəllifi yazır ki, "Poseydon" nüvə müharibəsinin son mərhələlərində ABŞ-ın sahil şəhərlərini və hərbi bazalarını güclü radiasiyaya məruz qoyma qabiliyyətinə malikdir. Bu "Qiyamət günü silahı"nın daşınması üçün Rusiya 4 atom sualtı qayığı inşa edir.