Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

Türk ordusu hazırdır: bu, baş tutarsa, xətt dağılacaq

Tarix: 24 Yanvar 2021 10:22

Türkiyənin Sincarla bağlı mümkün əməliyyatı bölgədə terror dövlətinin qurulmasının qarşısını almaqla bərabər bir çox problemi aradan qaldıra bilər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkə mətbuatına açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, belə bir əməliyyat keçirilərsə, PKK/YPG-nin İraq-Suriya istiqamətində qurduğu xətt də dağıdılacaq:

"Bundan başqa, belə bir əməliyyatın başlaması bölgədə xaosun yaranması deməkdir. İranın da əməliyyata qarşı çıxacağını ehtimal etməliyik. Çünki İranın PKK/YPG-dən öz maraqları üçün istifadə etdiyini bilirik. Bu yalnız YPG-PKK-ya qarşı deyil, çoxkomponentli bir əməliyyat ola bilər. Əgər sadəcə Türkiyə İraq hökuməti ilə razılaşarsa, yenə də bir çox problemlə üz-üzə gələcək. Buna baxmayaraq, Türkiyə əməliyyatı keçirəcək qüvvədədir".

Qeyd edək ki, Ərdoğan ötən gün belə bir əməliyyatı istisna etməmişdi.


Etiketlər:  Türk ordusu hazırdır baş tutarsa xətt dağılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ