Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 15:20
"Yuventus"un ulduzu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanından aldığı reklam təklifini rədd edib.
Sonxeber.net Fanat.az-a istinadən xəbər verir ki, ərəblər portuqaliyalı futbolçuya ən son turizm yeniliklərinin reklamı üçün illik 5,3 milyon funt-sterlinq (təxminən 12,3 milyon manat) təklif edib. Amma Ronaldu reklam təklifini qəbul etməyib.
Məlumata görə, Ronaldudan rədd cavabı alan ərəblər "Barselona"nın ulduzu Lionel Messiyə təklif göndərib. Argentinalı futbolçu hələlik təklifə cavab verməyib.