Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)

Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO)

Tarix: 25 Yanvar 2021 12:21

Bakı. Samir Əli - Trend:

Sabunçu Rayon İdarəsinin 42-ci Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bölməyə əvvəllər dəfələrlə məhkum olunmuş Cavanşir Yusifovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun Nardaran qəsəbəsində yaşadığı evə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 1 ədəd sandıqça və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb., istintaq tədbirləri davam etdirilir.

Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO) - Gallery Image Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO) - Gallery Image Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO) - Gallery Image Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO) - Gallery Image Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub (FOTO/VİDEO) - Gallery Image


Etiketlər:  Nardaranda odlu silah saxlayan keçmiş məhkum tutulub FOTOVİDEO


RƏYLƏR