Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 19:15
Bakı. Elçin Mehdiyev - Trend:
Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1004 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1140 min manat məbləğində cərimə tutulub.
Trend-in məlumatına görə, 2021-ci ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcud olmuşdur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2020-ci ildə 1553 müəssisədə müvafiq müayinələr aparılmış və nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 38,2 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,7 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 28,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.