Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 03:24
Bakı. Trend:
Yeni növ koronavirusun (COVİD-19) mutasiyası və peyvəndlərin paylanmasının gecikməsi daha çox ölümlə nəticələnə bilər.
Trend-in məlumatına görə, bunu BMT Baş katibi Antoniu Quterreş yüksək səviyyəli "Davos Gündəmi" tədbirində çıxışı zamanı deyib.
A.Quterreş bildirib: "Virusun mövcud peyvəndlərə qarşı davamlı ola biləcək daha yoluxucu və ölümcül variantlara mutasiyası ilə bağlı real təhlükə var".
Bununla əlaqədar BMT-nin Baş katibi peyvənd istehsalının əhəmiyyətli dərəcədə artırılmasına və eyni zamanda onların hər kəs üçün əlçatan olmasını təmin etməyə çağırdı: "Peyvəndlər yüksək gəlirli ölkələr sürətlə çatdırılır, digər kasıb ölkələrdə isə peyvənd çatışmazlığı yaranır".