Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“6G” texnologiyasının üstünlükləri bəlli olub

“6G” texnologiyasının üstünlükləri bəlli olub

Tarix: 26 Yanvar 2021 08:44

"5G" texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq "6G" texnologiyasını müzakirə edirlər. Onlar altıncı nəsil şəbəkələrindən gözləntilər barədə məlumat veriblər.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Counterpoint" şirkətinin hesabatına əsasən, "6G" şəbəkəsində buraxılış qabiliyyəti terabitlə ölçüləcək. Buraxılış qabiliyyəti dedikdə, müəyyən müddət ərzində qovşaqlar arasında ötürülə bilən məlumatların tutumu nəzərdə tutulur.

"6G" texnologiyasının üstünlükləri aşağıdakılardır:

8K/16K keyfiyyətində videoların striminqi;
holoqrafik təsvirlərin naqilsiz ötürülməsi;
robotların idarə edilməsi vaxtı mikrosaniyəlik ləngimələr;
təkmilləşdirilmiş virtual reallıq təcrübəsi;
Sürücüyə kömək üzrə təkmilləşdirilmiş sistemdə 3D və 4K (ADAS).
 
Ancaq proqnoza görə, "6G" kommersiya şəbəkələrinin işə salınması 2028-ci ildən tez olmayacaq.


Etiketlər:  texnologiyasının üstünlükləri bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ