Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik

Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib - Nazirlik

Tarix: 26 Yanvar 2021 12:46

Bakı. İlhamə İsabalayeva – Trend:

Şəhidlərimizin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, qalan ailələrə ödənişlərin edilməsi üçün vərəsəlik işləri açılıb:

“Müvafiq qurumların hamısı şəhid ailələrinə pulların dərhal ödənilməsi üçün səfərbər olunub. Bizim nazirlik tərəfindən də ailələrə ziyarət işləri aparılır”.

B.Hüseynov əlavə edib ki, müharibədə yaralananların 80 faizinin yaxının evinə ziyarət edilib: “Onların ailələrinin ehtiyacı olduğu dəstək forması müəyyən edilib. Ailə üzvlərinin mənzil şəraitinin ilkin qiymətləndirilməsi aparılır”.


Etiketlər:  Şəhidlərin üçdə ikisinin ailəsinə artıq birdəfəlik sığorta ödənişi edilib Nazirlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ