Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 14:10
"Atletik"in futbolçusu Raul Qarsiya La Liqada yeni rekorda imza atıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna son turda "Xetafe" ilə matçda (5:1) nail olub. O, sözügedən görüşdə fərqlənməklə turnirdə vurduğu qolların ümumi sayını 100-ə yüksəldib. Beləliklə, ispaniyalı oyunçu 21-ci əsrdə La Liqada 100 qol həddinə çatan ilk yarımmüdafiəçi kimi tarixə düşüb.
Qarsiya bu qollardan 54-ünü "Atletik"in, 26-sını "Atletiko"nun, 20-sini isə "Osasuna"nın heyətində vurub.
Qeyd edək ki, Raul Qarsiya bu mövsüm 18 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.