Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatı davam etdirilir - VİDEO

Torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatı davam etdirilir - VİDEO

Tarix: 26 Yanvar 2021 17:08

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, birgə fəaliyyət nəticəsində bu günədək ümumilikdə, təqribən, 9 hektardan artıq sahədə axtarış işləri aparılıb, 3 hektar sahə fərdi axtarışla tamamilə təmizlənib. Bu müddət ərzində 340 ədəd mina və 3 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.

Minalardan 195 ədədi piyada əleyhinə, 145 ədədi isə tank əleyhinə olan minalardır.

Milli.Az


Etiketlər:  Torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatı davam etdirilir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ