Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 10:33
Bakı. Samir Əli - Trend:
Samuxda qanunsuz silah saxlayan şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları rayonun Poylu kənd sakini İsgəndər Məmmədovdan 32 kalibirli müvafiq sənədləri olmayan qoşa lüləli, istifadəyə yararlı tüfəng aşkar edərək götürüb.
Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Qrupunda araşdırmalar davam etdirilir.