Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 12:36
Bakı. Trend:
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov cari tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib.
Elmar Qasımov tələbələri təbrik edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 29 oktyabr, 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb.
O bildirib ki, bu ali təqaüd tələbələrin istər təhsil həyatında, istərsə də gələcək karyeraralarında həlledici rol oynayacaq.
“22 Prezident təqaüdçüsündən 11 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 10 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 1 nəfər “Kimya mühəndisliyi” ixtisasını seçib. BANM Prezident təqaüdçülərinin sayına görə Respublika ali məktəbləri içərisində II yerdə qərarlaşıb, I ixrisas qrupu üzrə isə liderdir”.
Ali Məktəbin Prezident təqaüdçülərinin ümumi sayının 172 nəfərə çatdığını bildirən rektor
bu tədris ilində BANM-in Prezident təqaüdçülərinin ən minimal balının 683.9 bal olduğunu vurğulayıb.
Tələbələrə həm təhsildə, həm həyatda, həm də gələcək karyeralarında yeni uğurlar arzulayan E.Qasımov Azərbaycanın intellektual gənclərinin məhz BANM-i seçməsini qürüverici hal kimi dəyərləndirib.
Rektor həmçinin tələbələrə bilik və sosial bacarıqlarının daim artırmalarını tövsiyə edib.
Daha sonra tələbələrlə dərslərin gediştı, imtahanlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.