Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 14:54
"Qarabağ"ın sabiq hücumçusu Reynaldo Silva karyerasını başa vurduğunu açıqlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə braziliyalı oyunçu özününün "Feysbuk" səhifəsində yazıb. 31 yaşlı oyunçu vətəni Braziliyada qalacağını və daha oynamayacağını bildirib.
Qeyd edək ki, Reynaldonun son klubu Gürcüstan "Dinamo"su olub.
Xatırladaq ki, Reynaldo 2013-2017-ci illərdə Ağdam təmsilçisinin formasını geyinib. O, ötən il qış transfer pəncərəsində yenidən "Qarabağ"a qayıdıb, mövsümün sonuna - yayadək komandada çıxış etmişdi.