Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 15:14
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif 29 yanvarda Türkiyəyə səfər edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə APA-ya Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində iki ölkə arasında əlaqələr hərtərəfli müzakirə olunacaq.
Bundan başqa, Türkiyə və İran XİN başçılarının regional və beynəlxalq əlaqələrlə bağlı da danışıqlar aparması nəzərdə tutulub.