Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 15:14
BSU-nun şöbə müdiri 100-dən çox tələbənin təhsil haqqını mənimsəyib
Azərbaycanda şöbə müdiri tələbələrin pulunu mənimsəməkdə günahlandırılır.
Sonxeber.net-ın xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib.
Hadisədən sonra həmin şöbə müdiri işdən çıxarılıb.
Hüquq-mühafizə orqanlarından fakt təsdiqlənib. Bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.