Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tərtərdə minaya düşən traktorçu Trend TV-yə danışdı: Əlim-üzüm qan içində idi (VİDEO)

Tərtərdə minaya düşən traktorçu Trend TV-yə danışdı: Əlim-üzüm qan içində idi (VİDEO)

Tarix: 28 Yanvar 2021 17:12

Bərdə. Trend:

"Traktorla işləyirdim. Həm də telefonla danışırdım. Birdən partlayış baş verdi. Ətrafı qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. Öncə əlimi və ayaqlarımı yoxladım. Gördüm ki, ciddi yaram yoxdur. Amma əlim-üzüm qan içində idi".

Bunu Trend TV-yə Tərtərdə minaya düşən traktorçu Elgün Ələkbərov deyib. O, traktorla torpaq şumlayarkən tank əleyhinə minaya düşdüyünü bildirib: "Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən də yaralanmışam. Özüm ayağa qalxdım, yaxınlıqda sahənin aqronomu vardı. Onun yanına getdim, o da məni xəstəxanaya çatdırdı".

Xatırladaq ki, Tərtər rayonunun işğaldan azad olunmuş Qızıl oba kəndinin ərazisində traktor minaya düşüb. Nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Etiketlər:  Tərtərdə minaya düşən traktorçu Trend TV danışdı Əlim üzüm qan içində idi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ