Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 13:10
Aygün Kazımovanın qızı olmağın müsbət təsiri olduğu qədər, mənfi yanları da var: istəyirsən hamı kimi dincələsən, marketə gedəsən ki, səni heç kim tanımasın. İndi maska bir az məni sevindirir. Bir tərəfdən onu taxanda tanımırlar.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova "Xəzər" telekanlında yayımlanan "Səhər mərkəzi" proqramında deyib. İfaçı anasından, sənətindən danışıb.
İlqarə efirlərə çıxmamasının səbəblərini açıqlayıb:
"Əlimdə material olmadan heç vaxt efirə çıxmaram. İnsanların qarşısına çıxmaq mənim üçün məsuliyyətdir. Bəziləri kimi yalandan bütün günü efirdə olmaq mənə yaraşmaz. İzləyicilərimə hörmət edirəm, onların mənim haqda düşüncəsi önəmlidir".
İlqarə ən böyük arzusundan da bəhs edib. O bildirib, ən böyük istəyi Xalq artisti Eyyub Yaqubovla duet oxumuqdur.
Müğənni anasının "Bu qadın" yeni ekran işindən bəhs edib. İfaçı klipi izləyəndə ağladığını söyləyib.