Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 20:20
Bakı. Trend:
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.
Trend xəbər verir ki, millimiz yanvarın 29-da Slovakiya yığmasını qəbul edib.
Bakı İdman Sarayında keçirilən oyunda Azərbaycan millisi 4:1 hesablı qələbə qazanıb.
Millimizin heyətində Bolinha, Qalo, Xətai Bağırov və İsa Atayev fərqləniblər.
Yığmamız növbəti oyununu fevralın 2-də Afinada Yunanıstan seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, bu oyun Azərbaycan millisinin Slovakiya yığması ilə sayca 7-ci duel olub. Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçiriblər. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.