Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 22:15
Koronavirus xəstələrinin sağaldıqdan sonra yol verdikləri əsas səhvlərindən biri də xəstəlikdən əvvəlki kimi aktiv idman məşqi, üzgüçülüyə qayıtmasıdır.
Nəticədə bədənlərini fiziki məşqlərlə həddindən artıq yükləyirlər və bu, xəstəliyin təkrarlanmasına və ya post-koronavirusun ağır nəticələrinə səbəb ola bilər.
Sonxeber.net xəbər verir ki, immunoloq İlya Kukin koronavirusdan sağaldıqdan sonra aktiv məşqlərə tələsməməyi tövsiyə edib.
"Bu, son dərəcə təhlükəli və qəbuledilməzdir. Virusdan sonra immunitet zəifləyir, vücud hələ bu cür yükləri qəbul edə bilmir"
Əgər bir şəxs xəstəliyin əlamətini hiss etmirsə, bu, bədənin tam sağalması anlamına gəlmir. Çünki iltihab reaksiyası zamanı prosesi mümkün qədər təcrid etməyə çalışan xüsusi maddələr meydana gəlir.
"Fərqinə varmasanız da, daha pis nəfəs alacaqsınız. Bütün bunlar virusdan sonra ağırlaşmalara yol açan amillərdir. Bədəni xəstəlikdən dərhal sonra yükləməyin. Kiçik addımlarla tədricən fiziki fəaliyyətə başlayın, lakin bundan əvvəl mütləq həkimə müraciət edin". /medicina.az