Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib

OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib

Tarix: 30 Yanvar 2021 08:04

Bir neçə ay bundan öncə OnePlus-ın həmtəsisçisi Carl Pei şirkətdən ayrılmışdı. Həmin vaxtda o, yeni startap yaratdığını bildirmişdi. İndi isə Carl Pei öz yeni brendini təqdim edib. Bu barədə The Verge saytı xəbər verib. Beləliklə yaradılmış yeni şirkətin adı Nothing-dir. Yeni şirkət bu cür qeyri adi ad əldə etsə də onun barəsində məlumatlar hələ çox azdır. Şirkətin baş ofisi Londonda yerləşir.

Məlumata əsasən Nothing istehlakçı texnologiyaları ilə məşğul olacaq. "Texnologiyalar sahəsində uzun müddətdir ki, maraqlı bir şey baş vermir. Dəyişikliklərin baş verməsi zamanı gəlib. Nothing-in əsas məqsədi uğurlu rəqəmsal gələcək üçün insanlar ilə texnologiyalar arasındakı sərhədi silməkdir. Biz əminik ki, ən yaxşı texnologiyalar gözəldirlər, təbiidirlər və istifadədə anlaşılandırlar. Onlar yetəri qədər təkmilləşdirildikdə ikinci plana keçməli və heçnəyə çevrilməlidirlər" - deyə Carl Pei bildirib.

Nothing şirkəti müxtəlif kateqoriyalar üzrə smart məhsullar istehsal etməyi planlaşdırır. Lakin bu məsələdə konkret bir məlumat hələ yoxdur. Carl Pei həmçinin bildirib ki, şirkətin məhsullarında xüsusi sifariş edilmiş komponentlərdən istifadə olunacaq. Bu isə öz növbəsində şirkəti digərlərindən fərqləndirməlidir. Bununla yanaşı yeni yaradılmş Nothing şirkəti heç kimə məxsus deyil və buna baxmayaraq o, fərdi tədqiqat şöbəsinə sahibdir. Şirkətin ilk məhsulları bu il satışa çıxmalıdırlar.

Milli.Az


Etiketlər:  OnePlus şirkətinin həmtəsisçisi Nothing adlı yeni brendini təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ