Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

89 kq arıqlayıb xəyalındakı gəlinliyə qovuşdu - FOTO

89 kq arıqlayıb xəyalındakı gəlinliyə qovuşdu - FOTO

Tarix: 30 Yanvar 2021 08:40

190 kiloqram çəkidə olan vaşinqtonlu qadın 89 kq arıqlayaraq, tanınmaz dərəcədə dəyişib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Darsi Hanson bunun sirrini paylaşıb.

Altı uşaq anası olan 33 yaşlı qadının sözlərinə görə, zərərli yemək vərdişi və şəkərli qazlı içkiyə sevgisi onun hədsiz kökəlməsi ilə nəticələnib. Qadının gündəlik rasionu bəzən səkkiz min kilokaloriyə çatıb.

Evlənmək üzrə olan qadın hədsiz kökəldiyi üçün gəlinlik tapa bilməyib. Üstəlik, yaxın dostunu gənc yaşında itirib. Bundan sonra o, özü və uşaqları üçün daha yaxşı bir gələcək təmin etmək məqsədi ilə həyat tərzini dəyişdirməyə qərar verib.

Hanson az karbohidrogenli, yüksək yağ, orta proteinli keto pəhrizinə başlayıb. Bu cür bəslənmə və idman sayəsində qadın 25 kiloqram arıqlayıb. Sonra o, mədə həcmini azaltmaq üçün əməliyyata girib və daha 64 kiloqram arıqlayıb. Nəticədə xəyalındakı gəlinliyə də qovuşub.

Təntənəli gündən əvvəl amerikalı daha 4,5 kiloqram arıqlamağı bacarıb.

Hanson arıqlamaq istəyənlərə bütün üsulları nəzərdən keçirmələrini və insanlara kömək üçün müraciət etməkdən çəkinməmələrini tövsiyə edir.


Etiketlər:  arıqlayıb xəyalındakı gəlinliyə qovuşdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ