Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2021 21:52
İsrailin Baş Naziri Benyamin Netanyahunun rəsmi feysbuk səhifəsindəki bir paylaşımı gizlilik siyasəti pozulduğuna görə silinib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Feysbukun İsrail nümayəndəliyindən edilən yazılı açıqlamada B.Netanyahunun rəsmi səhifəsindən avtomatik mesajlaşma üçün istifadə etdiyi "chat-bot" tətbiqinin da oxşar səbəblərdən bir həftə dayandırıldığı bildirilib.
Açıqlamada "Məxfilik siyasətimizə uyğun olaraq insanların tibbi məlumatlarını paylaşan və ya tələb edən məzmuna icazə verilmir" yazılıb.
Qeyd edək ki, Baş Nazirin səhifəsindəki söhbət botu Feysbuk istifadəçilərinə şəxsi mesaj göndərərək ətraflarında 60 yaşdan yuxarı şəxslərin COVID-19 peyvəndi olub-olmadığını soruşub. Onun silinən paylaşımında da buna oxşar sual olub.