Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 16:54
Koronavirusdan sağalan bir çox şəxslərdə sonradan psixatrik xəstəliklər yaranmağa başlayır.
Sonxeber.net xəbər verir ki, bunu axar.az-a açıqlamasında psixiatr Orxan Fərəcli deyib. O bildirib ki, xəstəlikdən sağalan şəxslərdə daha çox təşviş reaksiyaları qeydə alınır:
"COVİD-19 keçirib sağalan şəxslərdə təşviş, həyəcan reaksiyalarına çox rast gəlinir. Bəzi şəxslərdə isə panik atak yaranır. Bundan başqa, bəzi şəxslər var ki, onlarda əvvəllər panik atak, təşviş kimi problemlər olub, lakin sonradan yaxşılaşıb. Onların bir qrupunda koronadan sonra bu hallar təkrar büruzə verməyə başlayıb".
O.Fərəcli qeyd edib ki, bu halların daha çox kişilər, yoxsa qadınlar arasında qeydə alınması barədə hələlik hansısa statistika yoxdur.