Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib (FOTO)

Tarix: 19 Iyul 2019 17:00

Bakı. Trend:

İyulun 19-da Azərbaycan Respublikasının Gənclər Fondu, Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə universitet tələbələri, gənclər təşkilatlarının nümayəndələri və gənc könüllülərin iştirakı ilə Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə əməkdar mədəniyyət işçisi, televiziya və radio aparıcısı Rahib Azəri, 1news.az informasiya agentliyinin direktoru Rəhman Hacı, ASAN Radionun direktoru Emin Musəvi çıxış edərək 1875-ci ildə böyük maarifpərvər Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media və onun yaratdığı imkanlar və yeniliklərdən bəhs ediblər.

Çıxışçılar gənclərin suallarını cavablandırıb, fikir mübadiləsi aparıblar.

Müzakirə formatında təşkil olunan görüşdə 300-dən çox gənc iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Gənclər Mərkəzində Azərbaycan milli mətbuatı müasir gəncliyin gözü ilə mövzusunda tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ