Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hamı Mersinə gedir, biz tərsinə gedirik - Məktəblər açıldı, amma metro işləmir...

Hamı Mersinə gedir, biz tərsinə gedirik - Məktəblər açıldı, amma metro işləmir...

Tarix: 1 Fevral 2021 12:30

Yumşalmalardan arxayınlaşmaq bizi yenidən çətinliklərlə, problemlərlə üz-üzə qoya bilər.

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

Şöbə müdiri bildirib ki, koronavirusun yeni ştammına yoluxanlar olsa, ölüm sayı da artacaq:

"Böyük Britaniyada genom analizi yüksək səviyyədə aparıldığı üçün koronavirusun yeni ştammı orada aşkar edilib. Koronavirusla bağlı bugünkü tarixə qədər Böyük Britaniyada təqribən 140 min genom analizi aparılıb. Bu, o anlama gəlmir ki, digər ölkələrdə bu mutasiya yoxdur. Sadəcə, İngiltərədə bunu dəqiq yoxlayırlar, ona görə orada COVİD-in mutasiyaya uğramış yeni ştammını tapıblar. 

COVİD-in yeni ştammı immun sistemini "aldada" bilir"

Virus nə qədər çox insandan insana yoluxursa, bölünüb çoxalırsa, artırsa, mutasiya ehtimalı da artır. Əslində, bu zamana kimi COVİD-in minlərlə mutasiyası baş verib. Sadəcə, əhəmiyyətli mutasiyalar olmadığına görə diqqəti cəlb etməyibdir. Amma Böyük Britaniyada aşkar olunan yeni ştammın yoluxuculuq gücü çox olduğu diqqəti daha çox cəlb etdi. Britaniyada, Afrikada aşkar olunan mutasiyalar immun sistemindən "gizlənə" bilir. Loru dildə deəsk, immun sistemini müəyyən qədər "aldada" bilir. 

İmmun sistemi zəif uşaqların həyatını itirmə riski çoxdur

Yoluxuculuq artdığı üçün uşaqların da yoluxması müşahdə edilir. Düzdür, dedilər ki, yeni ştammda köhnə mutasiya ilə müqayisədə ölüm faizi artmayıb, amma bu, ilkin məlumatdır. Məntiqli düşünsək, yoluxma sayı artanda ağır xəstələrin sayı artmış olur. Ağır xəstələrin sayı artanda ölüm sayı artmış olur. Ona görə də bu, o demək deyil ki, burada ölüm sayının artma ehtimalı yoxdur, əlbəttə, var. Xüsusən xəstə, immun sistemi zəif uşaqların da həyatını itirmə riski, ehtimalı çoxdur. 

Onun altından çıxmağımız çətin olacaq

Bir yaxşı söz var, deyir "Hamı Mersinə gedir, biz tərsinə gedirik". Məktəblərin açılması ilə bağlı demək istəyirəm ki, biz hələ peyvəndləməni təzə başlamışıq, kollektiv immunitet bizdə hələ formalaşmayıb, metrolar işləmir. Yəni, məktəbləri hazırda açmaqla bütün yerüstü ictimai nəqliyyatda sıxlıq yaratmış olurlar. Əgər bizə COVİD-in yeni ştammı gəlmiş olsa, yeni mutasiyayla yoluxma olsa, onun altından çıxmağımız çətin olacaq. Ona görə də kollektiv immuniteti formalaşdırıb, nəqliyyatın sayını artırmaqla yumşaldılmalara getmək lazımdır. Mən yumşaldılmaların tərəfdarlarından biriyəm, amma qaydasında. Bir kompleks tədbir görülməlidir də, birin edib, o birini etməyəndə əksinə, prosesi daha da ağırlaşdıra bilərik. 

Bütün dünyada olduğu kimi yumşalmalar insanlarda məsuliyyətsizliyi də artıra bilər. İnsan sərbəstliyə meyl edən varlıqdır. Ona görə də yumşalmalardan sonra qaydalara əməl etməyən, məsuliyyətsiz davranan insanların sayı da artacaq".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Hamı Mersinə gedir biz tərsinə gedirik Məktəblər açıldı amma metro işləmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ