Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suares bombardirlər siyahısında "TOP-5"də

Suares bombardirlər siyahısında

Tarix: 1 Fevral 2021 16:16

"Atletiko"nun futbolçusu Luis Suares 21-ci əsrdə La Liqanın bombardirləri siyahısında "TOP-5"ə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna 21-ci turda "Kadis"lə matçda (4:2) nail olub. Dubla imza atan uruqvaylı oyunçu çempionatda vurduğu qolların sayını 158-ə çatdırıb. Beləiklə, o, La Liqanın bombardirlər siyahısında "Atletik"in sabiq futbolçusu Aritz Adurislə 5-ci yeri bölüşüb.

21-ci əsrdə La Liqada ən çox qol vuran oyunçular:

1. Lionel Messi - ("Barselona") - 453 qol
2. Kriştiano Ronaldo ("Real", hazırda "Yuventus") - 311 qol
3. David Vilya ("Barselona", "Valensiya" və "Atletiko"da oynayıb) - 184 qol
4. Kərim Benzema ("Real") - 179 qol
5. Aritz Aduris ("Atletik"), Luis Suares ("Barselona", "Atletiko") - 158 qol

Milli.Az


Etiketlər:  Suares bombardirlər siyahısında TOP 5də


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ