Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib

Azərbaycanda 332 nəfər COVID-19-dan sağalıb, 159 nəfər yoluxub, 5 nəfər vəfat edib

Tarix: 2 Fevral 2021 17:39

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 159 yeni yoluxma faktı qeydə alınıb, 332 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 230455 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223807 nəfər müalicə olunaraq sağalıb, 3141 nəfər vəfat edib, aktiv xəstə sayı 3507 nəfərdir.

Ölkədə son sutka ərzində 7 713, hazırkı dövrədək isə 2 419 747 test aparılıb.


Etiketlər:  Azərbaycanda nəfər COVID sağalıb nəfər yoluxub nəfər vəfat edib


RƏYLƏR