Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yazar Sara Turi Təbriz Cəza Məhkəməsinə çağırılıb

Yazar Sara Turi Təbriz Cəza Məhkəməsinə çağırılıb

Tarix: 2 Fevral 2021 19:52

Yazar və siyasi fəal Sara Turi ikinci Dağlıq Qarabağ müharibəsi zamanı İran Azərbaycanında keçirilən aksiyalar ilə əlaqədar Təbriz Cəza Məhkəməsinə çağırılıb.

Amerikanın Səsinin surətini əldə etdiyi çağırış vərəqəsinə əsasən, siyasi fəaldan fevralın 23-də Cəza Məhkəməsinin 118-ci şöbəsinə müraciət etməsi istənilib.

Turi keçən ilin oktyabr ayının 18-də Təbrizdə keçirilən Azərbaycana dəstək aksiyalarına qatıldığı zaman nəzarət altına alınıb, təqribən bir həftə sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

O həmin aksiyalar ilə əlaqədar "ümumi intizam və asayişi pozmaq" və "daxili təhlükəsizliyə qarşı toplaşma və birləşmə" ittihamları ilə qarşılaşıb. Təbriz Cəza Məhkəməsi onu "ümumi intizam və asayişi pozmaq" ittihamı ilə mühakimə edəcək.

Milli fəalın digər ittihamı ilə əlaqədar məhkəmə iclası təqribən 10 gün əvvəl Təbriz İnqilab Məhkəməsində keçirilib.

Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən həftələr ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs və şallaq kimi cəza çıxarılırkən, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.


Etiketlər:  Yazar Sara Turi Təbriz Cəza Məhkəməsinə çağırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ