Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda bu əlamətlər varsa, demək... - Koronavirusun yeni növü, yoxsa sindrom?

Uşaqlarda bu əlamətlər varsa, demək... - Koronavirusun yeni növü, yoxsa sindrom?

Tarix: 3 Fevral 2021 13:26

Koronavirus infeksiyasının yeni mutant formasının artıq qonşu ölkələrdə də yayıldığını görürük. Amma çox sevindirici haldır ki, hələ bizim ölkədə belə bir xəstəlik qeydə alınmayıb.

Bunu Sonxeber.net-a açıqlamasında pediatr Günay Rəsulova deyib.

Pediatr bildirib ki, koronavirusun Britaniya növü daha çox gənclərdə, uşaqlarda aşkar edilir:

"Həm uşaqlar, həm də böyüklər arasında COVİD-in daha öldürücü olan yeni ştammının rast gəlindiyinin şahidi olmamışıq. Amma uşaqlar arasında koronavirus infeksiyası 19 yaşdan aşağı uşaqlarda Multifinflavotuvar adlanan "MİS C" sindromu (Bu sindromlu uşaqlarda qızdırma, dəri səpkiləri, ürək yorğunluğu, nəfəs darlığı, yaddaş pozğunluğu, halsızlıq və mavi dodaqlar kimi simptomlar ola bilər) ilə özünü göstərməyə başlayıb. Ən son əlamət kimi uşaqlarda bu sindrom müşahidə olunur. Həm COVİD infeksiyasına yoluxduğu dövrdə, həm də COVİD keçirən uşaqlarda 4-6 həftə müddətində bu sindroma bənzər hallar görürük. Amma COVİD-in yeni mutant forması, hələ ki, bizim ölkəmizdə aşkar edilməyib.

Britaniya" ştammının ilk mikroskopik fotosu

Koronavirusun Britaniya növü COVİD-in digər ştammlarından yüksək yoluxuculuq qabiliyyəti və nisbətən gənclərdə, uşaqlarda aşkar edilməsi ilə fərqlənir. Əgər COVİD-dən qoruyucu tədbirlərə - məsafə gözləmək, tez-tez əl yumaq, maska taxmaqla, həmçinin bu təhlükəli ştammın da ölkəmizdə yayılmasının qarşısını ala bilərik. İnsanlarımız bu sadə qaydalara əməl etsələr, biz həm də koronavirus pandemiyasının ölkəmizdə qabağını almış olarıq".

Təhməz Əsədov


Etiketlər:  Uşaqlarda əlamətlər varsa demək Koronavirusun yeni növü yoxsa sindrom


RƏYLƏR