Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 sahibkarın qeydiyyata alınmasından imtina olunub

3 sahibkarın qeydiyyata alınmasından imtina olunub

Tarix: 3 Fevral 2021 18:20

"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 1-2 fevral 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. Həmin tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sonxeber.net-a məlumat verilib.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

"ZAQATALA-BROYLER" MMC

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

İsmayilov Arif Oruc oğlu

Qablaşdırma

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

3

Hüseynov Emin Haciağa oğlu

Pərakəndə satış

Sahibkar fəaliyyətini dayandırmışdır.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.


Etiketlər:  sahibkarın qeydiyyata alınmasından imtina olunub


RƏYLƏR