Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn ildən qrip virusu yoxa çıxır - SƏBƏB

Gələn ildən qrip virusu yoxa çıxır - SƏBƏB

Tarix: 3 Fevral 2021 23:42

Maska taxmaq, məsafə saxlamaq və digər karantin tədbirləri sağlamlığa heç bir şəkildə zərər verməyəcək, əksinə, qripə qarşı kollektiv immunitetin yaranmasına kömək edəcək.

Sonxeber.net xəbər verir ki, bunu immunoloq, virusoloq Vladislav Jemçuqov müsahibəsində deyib.

"Mövcud məhdudlaşdırıcı tədbirlər ona gətirdi ki, hazırda soyuqdəymə və kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər demək olar ki, yox dərəcəsindədir".

Bundan əvvəl bir sıra alimlər qış aylarında ciddi qrip xəstəliklərinin baş verməsi barədə məlumat vermişdilər. Onların fikrincə, koronavirusla mübarizədə məhdudlaşdırıcı tədbirlərə görə digər tənəffüs xəstəliklərinə, xüsusən də qripə qarşı cəmiyyətin immuniteti zəifləyib.

Lakin Jemçuqovun sözlərinə görə, gələn il bu xəstəliyin epidemiyası üçün heç bir təhlükə yoxdur. O, mütəxəssislərin vəziyyəti nəzarətdə saxladıqlarını və ştamlar olarsa, növbəti qış peyvəndlərin uyğun olub-olmaması barədə mütləq məlumat veriləcəyini vurğulayıb. /medicina.az


Etiketlər:  Gələn ildən qrip virusu yoxa çıxır SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ