Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 09:12
Türkiyədə koronavirusun mutasiyasına uğramış 196 İngiltərə, 2 Cənubi Afrika, bir Brazilya variantı aşkarlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Elm Qurumunun növbəti toplantısından sonrakı açıqlamasında bildirib.
Nazir bundan başqa özünün Twitter səhifəsində yazıb ki, riskli mutasiyalar sərhəd tanımadan yayılır: "Yeni mutasiyaların rast gəlindiyi və yoluxmaların artdığı bu günlərdə mübarizə tədbirlərimizi artırmalı və rejimə ciddi əməl etməliyik. Qapalı və kütləvi yerlərdən xüsusilə uzaq durmalıyıq".