Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ayaks" ən bahalı transferini səhvən heyətə daxil etmədi

Tarix: 4 Fevral 2021 16:16

"Ayaks" hücumçu Sebastyan Alleni Avropa Liqası matçlarında iştirak etmək üçün iştirak ərizəsinə səhvən daxil etməyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Niderland təmsilçisinin fevralın 2-i 26 yaşlı oyunçunun olmadığı 25 futbolçunun siyahısını UEFA-ya göndərib. Bildirilib ki, "Ayaks" Niderland Futbol Federasiyası və UEFA-dakı səhvi aradan qaldırmaq üçün çalışır.

Qeyd edək ki, Alle yanvarda 22.5  milyon avroya "Vest Hem"dən "Ayaks"a transfer olunub. Bu transfer klubun tarixində ən bahalı olub.

Fildili sahilli oyunçu Niderland təmsilçisində meydana çıxdığı 7 oyunda 2 qol və 4 qolun ötürməsini verib.

Qeyd edək ki, "Ayaks" Avropa Liqasının 1/16 finalında "Lill"lə qarşılaşacaq. İlk oyun 18 fevralda, ikinci görüş 25 fevralda olacaq.

Milli.Az


Etiketlər:  Ayaks ən bahalı transferini səhvən heyətə daxil etmədi


RƏYLƏR