Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2021 16:36
Bakı. Ceyhun Ələkbərov - Trend:
Ölkədə uçuşların bəzi istiqamtlər üzrə bərpa olunması ilə əlaqədar kimlərin Azərbaycana səfər edə biləcəyi ilə bağlı suallar yaranır.
Trend-in məlumatına görə, Azərbaycan Hava Yolları (AZAL) bu barədə xüsusi siyahı hazırlayıb.
Məlumatda qeyd olunur ki, AZAL-ın xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır:
- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
⠀