Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atambayev həbsdə qaldı

Atambayev həbsdə qaldı

Tarix: 4 Fevral 2021 17:46

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev 7 aprelə qədər həbsdə saxlanılacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Bişkekin Pervomayskiy Rayon Məhkəməsinin ofisinə istinadən məlumat verib.

"Məhkəmə Almazbek Atambayevin həbs müddətini 7 aprelə qədər uzadıb",- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Almazbek Atambayev kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxılmasında korrupsiya əməllərində ittiham edilərək 11 il 2 ay həbs cəzasına məhkum edilmişdi. Lakin daha sonra ölkənin Ali Məhkəməsi aşağı instansiyanın qərarını ləğv edərək işə yenidən baxılması üçün yeni məhkəməyə yönləndirib. Atambayev, həmçinin 2019-cu ilin avqustunda həbsi zamanı baş verən iğtişaşlarla bağlı bir sıra ağır maddələrlə də ittiham olunur.


Etiketlər:  Atambayev həbsdə qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ