Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nadir vəsiyyətindən danışdı: ''Məni oğlumun və anamın yanında basdırın'' - VİDEO

Nadir vəsiyyətindən danışdı: ''Məni oğlumun və anamın yanında basdırın'' - VİDEO

Tarix: 4 Fevral 2021 18:50

ARB TV-nin "Səhər-Səhər" verlişinin qonağı müğənni Nadir Qafarzadə olub.

Sonxeber.net xəbər verir ki, ifaçı kövrələrək onu incidən zəif nöqtəsindən danışıb:

"Yaxınlarda qəbir üstünə getmişdim. Yaralı yerimdir. Məni incitmək istəyəndə burdan vura bilərlər. Hər kəsin ata-anası özü üçün yaxşıdır. Mənim üçün onlar tamam başqadır. Övlad da, bacı-qardaş da sağ olsun, amma ata-ana başqa şeydir. Bu yaxınlarda ağır xəstəlik keçirdim. Huşumu itirmişdim, ən çox anamı çağırırdım. O gecə yuxuma girdi. Tez-tez kəndə gedib bacıları başıma yığıb, yasin oxutdurub, məzarlarına gül qoyuruq. O vaxt 1982-ci ildə atam dünyasını dəyişəndə kasıb idik, anam tək qaldı. Ucuz baş daşı qoyduq. Bu yaxınlarda getdim məzarı dəyişdim. Baş daşını eyni, sinə daşını ayrı etdim. Çünki yanında oğlum da yatır. Vəsiyyət etdim ki, o məzarda məni basdırsınlar. Həm ata-anamın, həm də oğlumun yanında... 2 övladımı itirmişəm, biri qız, digəri oğlan. Oğlum kənddə, ata-anamın qəbrinin yanında, qızım isə buradakı qəbirstanlıqda basdırılıb".


Etiketlər:  Nadir vəsiyyətindən danışdı Məni oğlumun anamın yanında basdırın VİDEO


RƏYLƏR