Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul'' Almaniyaya ''Leypsiq''lə oyuna buraxılmadı

''Liverpul'' Almaniyaya ''Leypsiq''lə oyuna buraxılmadı

Tarix: 5 Fevral 2021 03:08

Bakı. Trend:

İngiltərənin "Liverpul" futbol klubu Çempionlar Liqasında "Leypsiq"lə oyunu üçün Almaniya səlahiyyətlilərindən razılıq ala bilməyib.

Trend TASS-a istinadən xəbər verir ki, görüşünün 16 fevral tarixində keçirilməsi planlaşdırılırdı.

Bildirilir ki, 17 fevrala qədər Almaniyaya koronavirusun yeni ştammına yoluxma hallarının aşkar edilən ölkələrdən giriş qadağası var.

Daha əvvəl "Liverpul" alman səlahiyyətlilərinə komandaya istisna olaraq ölkəyə girmə hüququ verilməsi ilə əlaqədar müraciət edib.

Xatırladaq ki, matçın cavab görüşü 10 mart tarixində keçirilməlidir.


Etiketlər:  Liverpul Almaniyaya Leypsiqlə oyuna buraxılmadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ