Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 12:55
Əməkdar artist Cavanşir Məmmədova bir ildir efir qadağası qoyulub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni "Həmin Zaur" proqramında deyib. O bildirib ki, buna səbəb onun radio və telekanllarla bağlı səsləndirdiyi tənqidi fikir olub:
"Mənə sual verdilər və fikir bildirdim. Orada elə nalayiq sözlər deməmişdim. Mənə bir ildir efir qadağası qoymuşdular. Eybi yox, ola bilər. Yaşımın, sənətimin bu dövründə oturub gözlədim ki, nə vaxt zəng edib məni çağıracaqlar. 46 ildir sənətdəyəm. Düşündüm ki, çağırıb deyərlər nə olub? Etdilər də, sağ olsunlar. Ürəyim sıxılırdı. Bir müğənnini öldürmək istəyirsinizsə, onun əlindən mikrofonu alın".
Qeyd edək ki, C.Məmmədov televiziya və radiolarda mahnılarının səsləndirilməməsindən şikayət edib.