Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2021 15:57
“Ağıllı” texnika üçün ən böyük prosessor istehsalçılarından biri olan “Qualcomm” şirkəti yarımkeçirici məhsulun çatışmazlığı ilə üzləşib. “Bloomberg” nəşri şirkətin baş direktoru Kristiano Amonun bəyanatına istinad edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, minik avtomobili istehsalçıları ilk olaraq bu problemlə üzləşiblər, bundan sonra məişət elektronikası sahəsində də defisit qeydə alınıb. 2020-ci ildə koronavirus pandemiyasına görə uzaq məsafədən iş üçün kompüterlərə və şəxsi avtomobillərə tələbat kəskin artıb.
“Qualcomm” şirkətinin qiymətləndirməsinə görə, tədarükçülər 2021-ci ilin ikinci yarısında yarımkeçiricilərlə bağlı çatışmazlığı aradan qaldıracaqlar.
Emil Hüseynov