Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin üzvü Türkiyədə klubunu dəyişdi

Millimizin üzvü Türkiyədə klubunu dəyişdi

Tarix: 5 Fevral 2021 17:30

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Muhammed Mustafa Yıldırım yeni kluba keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Alanyaspor"da çıxış edən 18 yaşlı hücumçu PTT 1-ci liqasında 2-ci pillədə olan "İstanbulspor"la 4.5 illik müqavilə imzalayıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, türkiyəli gənc futbolçu ötən ildən U-21 millimizə dəvət alır.

Milli.Az


Etiketlər:  Millimizin üzvü Türkiyədə klubunu dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ