Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziya iqtisadiyyatında son 20 ildə ilk dəfə azalma qeydə alınıb

İndoneziya iqtisadiyyatında son 20 ildə ilk dəfə azalma qeydə alınıb

Tarix: 5 Fevral 2021 22:30

Fevralın 5-də dərc olunan rəsmi məlumatlara görə, İndoneziya iqtisadiyyatı 2020-ci ildə əvvəlki illə müqayisədə 2,07 faiz azalıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, son 20 ildə ilk dəfə qeydə alınan bu azalmanın əsas səbəbi kimi koronavirus pandemiyasına görə iqtisadi fəallığın aşağı düşməsi göstərilir.

Bununla yanaşı, Cənub-Şərqi Asiyanın bu böyük iqtisadiyyatının Sinqapur (5,8 faiz) və Filippinlə (9,5 faiz) müqayisədə qismən az aşağı düşdüyü qeyd edilir.

Bildirilir ki, İndoneziya hökuməti ötən il üçün ümumi daxili məhsulun (ÜDM) 1,7-2,2 faiz, iqtisadi analitiklər isə 2 faiz azalacağını proqnozlaşdırmışdılar. Qeyd edilir ki, ölkə iqtisadiyyatı son dəfə 1997-ci ilin Asiya valyuta böhranından sonra 1998-ci ildə azalmışdı.

Keçən il İndoneziyada ÜDM-in əsas hissəsini təşkil edən ev təsərrüfatlarının istehlak xərclərinin 2,63 faiz azaldığı da qeyd edilir. İndoneziya Statistika İdarəsinin məlumatına görə, ölkənin informasiya və kommunikasiya sektorları, həmçinin səhiyyə sahəsində 10 faizdən çox azalma qeydə alınıb.

Xatırladılır ki, 2019-cu ildə İndoneziya iqtisadiyyatında 5,02 faiz artım qeydə alınmışdı.

Əlavə olaraq qeyd edək ki, bu günə olan son məlumata görə, İndoneziyada 1,1 milyon koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxma nəticəsində 30 mindən çox insan həyatını itirib ki, bu da regionun ən böyük göstəricisidir.


Etiketlər:  İndoneziya iqtisadiyyatında ildə dəfə azalma qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ