Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2025 11:10
Quba rayonunun Zərdabi qəsəbəsində keçirilən toy mərasimi sosial şəbəkələrdə maraqlı görüntülərlə gündəm olub.
Sonxeber.net xəbər verir ki, bəy və gəlinin toy kortejində müasir və futuristik dizaynı ilə seçilən "Tesla Cybertruck" avtomobilindən istifadə edilib. Qəsəbə sakinləri və qonaqlar bu qeyri-adi seçimi maraqla izləyiblər.
Unikal görünüşü ilə seçilən avtomobil toy kortejinə müasirlik və fərqlilik qatıb. Bəzi qonaqlar isə bu anı mobil telefonları ilə lentə alaraq sosial mediada paylaşıblar.
Paylaşılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub. İzləyicilər "Qubada toylar da artıq texnologiya dövrünə qədəm qoyub", "Belə toy korteji bura qədər gəlməzdi" kimi şərhlər yazıblar.