Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya"dan minimal hesablı qələbə

Tarix: 6 Fevral 2021 08:10

"Bavariya" Almaniya Bundesliqasında növbəti matçına çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi səfərdə "Herta" ilə qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

12-ci dəqiqədə Robert Levandovski fərqlənmək şansı qazansa da, 32 yaşlı hücumçu penalti epizodunu dəqiq yerinə yetirməyib.

Görüşdə yeganə qolu isə 21-ci dəqiqədə Kinqsli Koman vurub.

Qeyd edək ki, "Bavariya" turnir cədvəlində 48 xalla liderdir. "Herta" isə 17 xalla 15-cidir.

Milli.Az


Etiketlər:  Bavariyadan minimal hesablı qələbə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ