Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 10:50
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor və keçmiş rektor Aygün Attarı prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, sərəncam "Rəsmi Gəzet"də dərc olunub.
Professor Aygün Attar Giresun universitetinin rektoru olub, 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı seçilib.
Türkiyə prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurası ölkənin xarici siyasətinə dair təkliflər işləyib hazırlayır, regional problemlərin həllinə dair təkliflər irəli sürür, təhlükəsizlik məsələlərinə dair konsepsiyalar işləyib hazırlayır.