Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə koronavirus məhdudiyyətləri yumşaldılır

Bu ölkədə koronavirus məhdudiyyətləri yumşaldılır

Tarix: 6 Fevral 2021 11:18

Belçikada koronavirus səbəbindən tətbiq olunan məhdudiyyətlərinin bir qisminin yumşaldılmasına qərar verilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Belçika Baş naziri Aleksandr de Kronun rəhbərliyində toplanan Məsləhət Komitəsi hökumətin pandemiya ilə mübarizə üçün gördüyü və aylardır davam edən tədbirləri dəyərləndirib.

Bununla səhiyyə sahəsi istisna olmaqla, digər yaxın təmas olan sahələrdə mərhələli olaraq yumşaldılma qərarı verilib. Gözəllik salonları fevralın 13-də, gözəllik mərkəzləri və masaj salonları isə martın 1-də açılacaq.

Piknik sahələri və kamp bölgələri fevralın 8-dən, zooparklar fevralın 13-dən fəaliyyətini bərpa edəcək. Əmlak alqı-satqısı ilə məşğul olanlar fevralın 13-dən müştərilərinə xidmət göstərə biləcəklər.

Bundan başqa, xarici ölkələrdən gələnlər koronavirus testi verməsələr, cərimələnəcəklər.  

Ölkədə tətbiq olunan digər məhdudiyyətlər isə aprelin 1-dək uzadılacaq.  


Etiketlər:  ölkədə koronavirus məhdudiyyətləri yumşaldılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ