Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 17:35
Mənə nə qədər xanım yazırdı ki, karantin günlərində evdə oturmaq çətindir. Deyirdilər, bilirsiz, nə qədər çətindir sevmədiyin insanla eyni evdə yaşamaq.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nigar Camal "Xəbər-ətər" proqramında deyib. Sənətçi karantin günlərində sosial şəbəkədə aldığı mesajlardan bəhs edib:
"Bütün karantini evdə, uşaqlarımla keçirdim. Ab-hava çox dəyişib. Həm darıxırdıq, həm alışırdıq. İnsanlar daha aqresivləşmişdi. Müharibə vaxtı isə aqresiyanı başladılar ermənilərə tökməyə, bizə mənfi rəylər az yazılırdı.
Bilirsiz, pandemiyada nə qədər ailə dağıldı...".