Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2021 23:15
Qəfləti ölümlərin əsas səbəbi sayılan infarkt son illərdə çox geniş yayılıb. Bu ürək probleminə xüsusilə cavanlar arasında geniş rast gəlinir. Mütəxəssislər mütəmadi olaraq infarkta səbəb olan amilləri, onun ilkin əlamətlərini açıqlayaraq əhalini diqqətli olmağa, risklərin qarşısını almağa çağırırlar. Bununla bağlı daha bir mütəxəssisin - ürək-damar cərrahı, uzman həkim Cabir Gülmalıyevin tövsiyələrini təqdim edirik:
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, ölüm hallarının başında gələn ilk səbəb infarktdır. İnfarktın qurbanı olmamaq üçün onun ilkin əlamətlərinə fikir vermək lazımdır. Xüsusilə də ailəvi anamnezində koronar damarların xəstəlikləri olan insanlar.
Əlamətlər:
Döş qəfəsində olan ağrılar
Ürəyin tez-tez döyünməsi
Baş hərlənməsi
Gücsüzlük, yorğunluq
Sinədə təzyiq
Şaxta sindromu
Nəfəs darlığı
Öskürək
Tərləmə və ürək bulantısı.
İnfarktın qarşısını zamanında almaq üçün aşağıdakı faktorlardan uzaq durun:
Əsəb, stress, fikir
Hədsiz fiziki yorğunluq
Qəhvə, alkoqol, siqaret, narkotik vasitələr
Hava çirklənməsi
Ağır kalorili yemək
Şəkərli diabet, süni lifli qidalar
Dislipidemiya çətin nəzarət olunan hipertoniya
Fəal olmayan, oturaq həyat tərzi keçirmək
Ürəyiniz üçün balanslı və düzgün qidalanın, fiziki aktiv olun.