Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2021 07:56
Bakı. Trend:
Dünya Boks Şurası (WBC) və Dünya Boks Assosiasiyası (WBA) üzrə super ağır çekidə kemiş dünya çempionu Amerikalı Leon Spinks 67 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə "BoxingScene" portalı xəbər verib.
L.Sprinksin ölüm səbəbi xərçəng olub, ona beş il əvvəl prostat xərçəngi diaqnozu qoyulub.
L.Spinks 1976 ilin Olimpiya çempionudur. Dünya şöhrəti ona 1978-ci ilin fevralında qazandığı əfsanəvi Məhəmməd Əli üzərində sensasiyalı bir qələbə gətirib. 36 yaşlı Məhəmməd Əli karyerasını bu döyüşlə bitirməyi planlaşdırdı, asan bir qələbəyə hazırlaşıb və dəmək olar ki, məşq etməyib. Ancaq nəticədə peşəkar ringdəki yalnız səkkizinci döyüşü keçirən L.Spinks qalib gəldi.
Revanş üçün Məhəmməd Əli karyerasını bitirmək fikrindən döndü, yaxşı hazırlaşıb və eyni ilin sentyabr ayında hakimlərin yekdilliklə verdiyi qərarı ilə L.Spinks üzərində inamlı qələbə qazanıb.